İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi cümə günü bəyan edib: “Ballistik raketlərin satışı ilə bağlı qanuni məhdudiyyətlərin olmamasına baxmayaraq, İran Rusiya-Ukrayna münaqişəsi zamanı müharibəni alovlandırmamaq üçün silah müqavilələrindən çəkinməyi mənəvi cəhətdən öz vəzifəsi hesab edir. Bu, İranın beynəlxalq qanunlara və BMT Nizamnaməsinə riayət etməsinə əsaslanır.”
Britaniyanın “Reuters” xəbər agentliyi bu həftənin əvvəlində yaydığı xəbərdə iddia etmişdi ki, İran Rusiyaya çoxlu sayda güclü “yer-yer” ballistik raketləri verib və bu məsələ ABŞ sanksiyaları altında olan iki ölkə arasında hərbi əməkdaşlığı dərinləşdirir. Halbuki, ABŞ İranın Rusiyaya ballistik raketlər ötürülməsi ilə bağlı iddianı hələlik təsdiqləməyib.
İranın BMT-dəki nümayəndəliyi Rusiyaya ballistik raket satışı iddiasını rədd edib
23 fevral 2024 at 22:26
Xəbər kodu:
85396291
Nyu York - İRNA - İranın BMT-dəki nümayəndəliyi bəzi qərb mediasının Ukrayna müharibəsində istifadə üçün İranın Rusiyaya ballistik raketlər satması ilə bağlı iddialarının ardınca, bu iddianı rədd edərək deyib: “Tehran Rusiya ilə Ukrayna arasında müharibəni qızışdırmaqdan çəkinməyi öz vəzifəsi hesab edir.”
Sizin rəyiniz